FestivallarMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd olundu

18 sentyabr Asan Könüllüləri, Beynəlxalq Muğam Mərkəzi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkil etdiyi Milli Musiqi Gününə həsr olunmuş “Canlı xatirə” adlı gecə keçirildi.

1995-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 110 illik yubeliyi ərəfəsində ümumilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən hər ilin 18 sentyabr tarixi Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təqdimatında  əməkdar artist Ülviyyə Hacıbəylinin və tələbələrin ifasında Ü.Hacıbəylinin, T.Quliyevin, F.Əmirovun əsərləri səsləndi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında tamaşaçılar “Leyli və Məcnun” operasından parçalara baxdılar və “Sevgili canan” romansını dinlədilər.

Asan Könüllüləri dahi bəstəkarın “Arşın mal alan” və “O olmasın, bu olsun” ərəslərindən səhnələr göstərdilər.

Beynəlxalq Muğam Mərkəzi də öz musiqi hədiyyəsi ilə tamaşaçıları sevindirdi. Görkəmli muğam ustadlarımız – Xan Şuşinski, Şövkət Ələkbərova və Sara Qədimovanın  Moskva Dövlət Konservatoriyasının səhnəsindəki unudulmaz ifalarının lent yazısı təqdim olundu. Sənətkarların ifasında “Qarabağ şikəstəsi” səsləndi.

Qeyd edək ki, dünən Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazrilyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının açılış mərasimi oldu. Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində 19 sentyabrda Səidə Tağızadə (piano) və Aleksey Miltıxın (cello) ifasında “İki qəlbin dastanı” adlı kamera musiqi gecəsi, 20 sentyabr UNESCO-nun sülh artisti Eliso Bolkvadzenin (piano) ifasinda Portepiano musiqisi gecəsi, 21 sentyabr Benəlxalq Muğam Mərkəzi və Mədəəniyyət kanalının birgə hazırladığı “Sevgili canan” adlı layihə, 23 sentyabr tarixində Eldəniz Ələkbərzadənin (piano) ifasindaH fortepianmo musiqi gecəsi keçiriləcək. Biletləri şəhərin kassalarından, Asan Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!