Bildirildi ki, Əliağa Quliyev 1917 ci ildə Bakıda dünyaya gəlmiş, Asəf Zeynallı adına musiqi məktəbini tar sinfini və Azərbaycan Dövlət Konsertvatoriyanı bitirmişdi. O, Radioda Ü.Hacıbəylinin “Koroğlu” və “Leyli Məcnun”operalarının tar partiyalarını ifa etmişdi. Ə.Quliyevin ifasında Rast, Mahur Hindi, Bayatı-Şiraz, Humayun, Cahargah, Çoban bayatı muğamları radionun qızıl fondunda saxlanmışdır.
Gecədə tarzənin dostları, Ramiz Quliyev, Canəli Əkbərov, Zamiq Əliyev sənətkarla bağlı öz xatirələrini bölüşdülər. Əlibaba Məmmədovun və Arif Babayevin xatirələri isə video vasitəsi ilə tamaşaçılara çatdırıldı.
Zabit Nəbizadə “ Şirvan Şikəstəsi”, Xalq artisti Simarə İmanova, Zakir Əliyev, Əməkdar artist Sevinc Sarıyeva Ə.Quliyevin bəstələdiyi “Alyanaq” və “Dağlar”mahnılarını ifa edərək xatirə gecəsinə dahada rəng qatdılar.
Beynəlxalq Muğam Mərkəzi öz ənənələrinə sadiq qalaraq Azərbaycan muğamının inkişafında və bu günümüzə gətirilməsində böyük rolu olan bütün sənətkarların xatirələrini yaşadır.
30 may tarixində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Frame.az