EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib

Sentyabrın 18- də,milli musiqi günündə,Beynəlxalq Muğam Mərkəzində,Beynəlxalq Muğam Mərkəzinin vəAzərbaycan Televiziyası «Mədəniyyət” kanalının “Yaradanlar və yaşadanlar” adlı birgə layihəsinin növbəti konserti keçirilib.

 Konsert Xalq artisti, xanəndə,muğam bilicisi Hacıbaba Hüseynova həsr olunub.

     Gecədə Xalq artisti Səkinə İsmayılova “Şur-şahnaz” təsnifini, Xalq artisti Teyyub Aslan “Çoban qızı”, “Dilbərim” xalq mahnısını, Əməkdar artist Ehtiram Hüseynov “Rast”, Şur” təsniflərini ifa ediblər.

     İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə “Səadət” instrumental ansamblı müşayiət edirdi.

     Həmçinin konsertin son nömrələrindən biri olan “Durna” xalq mahnısı Teyyub Aslan və Ehtiram Hüseynovun ifasında tamaşaçılara təqdim olunub.

    Konsertin aparıcısı,Əməkdar artist Rəşad İlyasov, kaman ifaçısı,Əməkdar artist Mirnazim Əsədullayev tamaşaçılara xanəndənin həyat və yaradıcılığı haqqında məlumat veriblər.H.Hüseynovun qızı,nəvəsi və dostu olmuş M.Əsədullayev onun haqqında xatirələrini bölüşüblər.

    Konsert maraqla və alqışlarla qarşılanıb.

 Qeyd edək ki, sentyabrın 19-da saat 19:00-da Beynəlxalq  Muğam Mərkəzində, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində T.Doksitser adına “New Life Brass” kvinteti, sentyabrın 20- də saat 16: 00- da “Dədə Qorqud” Kamera Orkestri çıxış edəcəklər.

 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!