EventsIqtisadiyyatMobil dünyaTəqdimat

Beynəlxalq “World E-commerce Eurasia – 2019” Baku Forumu keçiriləcək

26 noyabr 2019-cu il tarixində Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişaf etdirilməsi və bu mövzuda əlaqələrin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində “İnnovasiyalar mərkəzi” MMC-nin İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, Türkiyənin “WORLDEF” şirkətinin və “WORLDEF” şirkətinin Azərbaucan üzrə ölkə təmsilçisi “My Broker” gömrük təmsilçiliyinin birgə təşkil etdiyi beynəlxalq praktiki forum keçiriləcəkdir.

Keçiriləcək forumda elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılarımıza və biznes subyektlərinə dünyada son tətbiqlər, müasir trendlər və praktik həllər ilə bağlı region üzrə öndə gələn şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumatlar veriləcəkdir.

Sözü gedən forumda beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, yerli və xarici investorlar da daxil olmaqla 400-dən çox nümayəndə iştirak edəcəkdir.

Forum 10-dan çox xarici ölkənin bu sahədə olan mütəxəssislərini, 50-dən artıq E-ticarət və onlayn ödəniş platformalarının təmsilçilərini bir araya gətirməyi, Azərbaycanda elektron ticarət sektorunun sürətli inkişafına töhfə verməyi hədəfləyir.

https://worldef.net/world-e-commerce-forum-eurasia/

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!