Baku 2017

Biletlər Prezidentə və Birinci Vitse-Prezidentə təqdim olundu

Artıq Bakı 2017 İslam Həmrəyliyi oyunlarına 55 gün qaldı. Açılış mərasimi 12 May tarixində  Olimpiya stadionunda keçiriləcəkdir. 55 gün qaldığı ərəfədə oyunların ilk bileti Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, eyni zamanda Bakı 2017 Təşkilat Komitəsinin Sədri Mehriban xanım Əliyevaya təqdim olundu.

Biletlərin təqdimatı Novruz bayramına təsadüf etdiyi üçün, Azərbaycan Prezidenti və Birinci vitse-prezident xalqla birlikdə gecə ilə gündüzün bərabərləşməsi ilə yeni ilin gəlişi- Novruz bayramını qeyd edirdi, bu zaman  Bakı 2017-nin iki  könüllüsü onlara yaxınlaşıb, biletləri təqdim etdi.

Yeri gəlmişkən, Bakı-2017 İslam Həmrəyliyi oyunlarının bir hissəsi olmaq, öz dəstəyini vermək üçün 8,000-dən artıq Azərbaycan gənci Könüllü Proqramının bir hissəsi olmaq üçün qeydiyyatdan keçmişlər.

Bu proqramın bir hissəsi kimi, könüllülər Oyunların ictimaiyyətə çatdırılmasında vacib rol oynamaqla yanaşı, liderlik, təqdimat və ünsiyyət yaratma bacarıqları üzrə təlimlərdən bəhrələnəcəklər.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlərin ümumi satışı 19 mart (bazar günü) tarixində reallaşacaq.  Bu münasibətlə Gənclik Mall-da idmançı və ulduz səfirlər: İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva və Hacı Nuran və Bakı 2017 Maskotları-İncə və Cəsurun iştirakı ilə xüsusi tədbir təşkil olunacaq. Tədbir zamanı tamaşaçılar idman sessiyaları və konsert proqramlarına qoşulmaq üçün müxtəlif müsabiqələrdə iştirak edərək, bilet qazanmaq imkanı  əldə edəcəklər.

Cəmi 500,000 bilet satışa çıxarılacaq.  Bakı 2017 islam Həmrəyliyi Oyunlarında azarkeşlər 20 idman növü və 170 idman sessiyasını izləmək imkanı əldə edəcək.  Bütün idman sessiyaları üçün biletin qiyməti 2-5AZN arasında dəyişəcək.

Bakı 2017 təşkilatçıları biletləri Bakı 2015 Avropa Oyunlarında olduğu kimi münasib və əlverişli qiymətlərlə satılmasını təmin edəcək ki, daha çox ailələr və gənc azarkeşlər bu yazda baş tutacaq heyrətamiz idman yarışından zövq ala bilsin. Bakı 2017,  16 yaşına kimi bütün gənc nəsli güzəştli biletlərdən yararlanmağa səsləyir, belə ki, 13 idman sessiyalarına onlar pulsuz buraxılacaq.   2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı  biletlərin qiyməti 1 AZN olacaq.

Möhtəşəm Bakı Olimpiya Stadionu dünyanın hər yerindən gələn idman həvəskarlarını 12-22 may tarixlərində Bakı 2017 tərəfindən təşkil olunacaq Açılış və Bağlanış mərasimlərində salamlayacaq.  Açılış mərasiminə biletin qiyməti 20-200 AZN civarında, Bağlanış mərasimi üçün isə 10-100AZN civarında dəyişəcək.

İdman həvəskarlarının nəzərinizə çatdırırıq ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları üçün biletləri Bakı 2017 rəsmi elektron vebsaytı- www.baku2017.com/tickets vasitəsilə, yaxud Bakının müxtəlif yerlərində quraşdırılacaq 12 satış məntəqəsindən əldə edilə bilər.

Bakı 2017 Oyunlarının biletlərinin təqdimatından sonra IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov dedi: “Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq 50-dən artıq ölkənin idmançılarını Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik.  Oyunların Azərbaycanda keçirilməsi gözəl ölkəmizi təbliğ etməklə bərabər, həm də xalqımıza yüksək səviyyəli beynəlxalq idman yarışlarını seyr etmək şansı yaradır. Bilet qiymətlərini münasib saxlamaqla biz, hər bir kəsi bu möhtəşəm beynəlxalq idman tədbirinə gəlib, onun bir hissəsi olmağa çağırırıq.

Biz ölkəmizin müxtəlif yerlərindəki gənclərdən 12,000-dən artıq ərizə almışıq, onlar Oyunlar- zamanı Könüllülərin 8,000 üzvündən biri olmaq istəklərini bildirmişlər.  Biz bundan qürur duyuruq, çünki bu qədər gənc Oyunların bir hissəsi olmaq istəyir və inanırıq ki, Bakı 2017 Azərbaycanda artmaqda olan könüllülük mədəniyyətinin bariz nümunəsini bir daha nümayiş etdirəcək.

Biz inanırıq ki, könüllülərə keçdiyimiz təlim və təlimatlandırma onların yalnız Oyunlar-zamanı öhdələrinə düşən rolunu  layiqincə yerinə yetirmələri ilə məhdudlaşmayacaq, eyni zamanda onları gələcək karyeralarını qurmaqda lazımi bilik, bacarıq və təcrübə ilə təmin  edəcək.”

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!