Site icon Frame.az

Bilirsinizmi ki, qəhvə və çayda kofeinin miqdarı barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil?

Son zamanlar dəbə düşmüş şaiələrə görə bir fincan çayda kofeinin miqdarı bir fincanqəhvədəki kofeinin miqdarından çoxdur. Bu heç də həqiqətə uyğun deyil. Quru çay yarpağının tərkibində həqiqətən kofeinin miqdarı qəhvə dənəsinin tərkibində olan miqdardan çoxdur. Lakin söhbət bir fincandan gedirsə, burada qəhvə liderlik edir, çünki bir fincanın qəhvənin hazırlanmasında çaya nisbətən daha çox qəhvə dənəsi istifadə edilir.

Bundan əlavə, kofeinin miqdarı qəhvənin və çayın növündən, onların becərdildikləri ərazidən, hazırlanma metodundan asılı olaraq fərqlənir.

Digər tərəfdən, bizim iradəmizdən asılı olan bəzi faktorlar da kofeinin konsentrasiyasına təsir edir. Məsələn, bir fincan çay və ya qəhvə hazırlayarkən istifadə edilən suyun temperaturu bu faktorlardandır. Hərarət yuxarı olduqca çay yarpaqlarından və qəhvə dənəciklərindən daha çox kofein “çəkilir”. Yəqin məhz buna görədir ki, ağıllı Çinlilər heç vaxt çayı qaynamış su ilə hazırlamırlar. Suyun çay yarpaqları ilə və qəhvə dənəcikləri ilə təmas vaxtı da mühümdür, belə ki bu vaxt uzandıqca fincanda olan kofeinin miqdarı da artır.

Frame.az

Exit mobile version