Site icon Frame.az

“Bir ağac – min nəfəs” devizi altında tingpaylama aksiyaları keçiriləcək

“Bir ağac – min nəfəs” devizi altında növbəti dəfə “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyaları keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Frame.az-a verilən məlumata görə, nazirlik və “ASAN Könüllüləri” Təşkilatının “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə növbəti aksiyalar fevralın 28-də saat 11:00-da 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında, martın 4-də saat 13:00-da isə 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək.

Aksiyalar zamanı vətəndaşlar minimum 5 litr tutumu olan şüşə tullantı və ya 10 işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə edə biləcəklər. Hər kəs aksiyada fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, eyni zamanda tullantıların təkrar emalına dəstək olmağa çağırılır.

Exit mobile version