EkologiyaSağlamlıqTəqdimat

“Bir ağac-min nəfəs” aksiyası davam edir

“Bir ağac-min nəfəs” aksiyası bu dəfə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib və vətəndaşlardan ümumi tutumu 123 litr olan plastik, 9 litr şüşə tullantı və 44 ədəd işlənmiş batareya təhvil götürülüb, əvəzində isə vətəndaşlara ağac tingləri paylanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova  bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmaqdır.

S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya noyabrın 18-də saat 11:00-da Binəqədi-Xırdalan şosesində yerləşən “Neptun” hipermarketin qarşısında keçiriləcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!