EkologiyaFrame LifeTəqdimat

“Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə paytaxtın Sabunçu rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib.

Nazirliyin mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.

Eyni zamanda, “Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiya çərçivəsində Masallı və Lənkəran ərazisində fəaliyyət göstərən “Bazar store” marketlər şəbəkəsinin qarşısında da alıcılara ağac tingləri paylanılıb.

Qeyd edək ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir və paylanılarkən hər regionun iqlim şəraiti nəzərə alınır. Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!