Hər il dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
Bu gün ilə əlaqədar olaraq dünən Heydər Əliyev adına sarayda “Biz bir ailəyik” adlı konsert proqramı keçirilib. Konsertin əsas məqsədi geniş auditoriya kütləsinə bacarıqlı və istedadlı fiziki qüsurlu soydaşlarımızı tanıtmaq olub.
Konsertdə müxtəlif sənət adamları, “Hağışta” folk-qrupu və “Duyğu” rəqs ansamblının çixişları gecəyə rəng qatıb. Tədbirdən fotoları sizə təqdim edirik.
Fotolar Ruslan Əlizadəyə məxsusdur.