IqtisadiyyatTəqdimatƏn SonƏn Son

BMT-nin Məskunlaşma Proqramının İcraçı Direktoru ikitərəfli münasibətləri inkişaf etdirmək üçün Azərbaycana səfər edir

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) İcraçı direktoru ölkədə inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı şəhər inkişafını təşviq etmək, habelə təmsil etdiyi BMT agentliyi ilə əlaqələri möhkəmləndirmək üçün cümə günü Azərbaycana səfər edəcək.

Onun səfəri ənənəvi idman növlərinin dirçəldilməsinə həsr olunmuş 5-ci Etnosport Forumuna təsadüf edir.

Üç günlük səfəri çərçivəsində, xanım Maimuna Mohd Şərif (Maimunah Mohd Sharif) Prezident İlham Əliyev, Xarici işlər naziri Ceyhun Bayramov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və digər hökumət rəsmiləri ilə ikitərəfli danışıqlar aparacaq.

UN-HABITAT-ın İcraçı direktoru həmçinin Ağdam şəhərinə səfər edəcək və burada Azərbaycan hökumətinin şəhərsalma üzrə aparıldığı yenidənqurma işləri ilə tanış olacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!