IdmanTəqdimatTəqdimat

Bakıda Avropa Badminton Konfederasiyasının konqresi işə başlayıb

Aprelin 21-də Bakıda Avropa Badminton Konfederasiyasının konqresi işə başlayıb.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov qonaqları salamlayıb, konqres iştirakçılarına uğurlar arzulayıb.

Sonra Azərbaycan badmintonunun keçdiyi tarixi yol və nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, aprelin 21-22-də keçiriləcək konqresin gündəliyinə bir sıra məsələlər daxildir.

Konqres çərçivəsində Avropa Badminton Konfederasiyasına üzv federasiyaların forumu da təşkil olunacaq. Avropa badminton nümayəndə heyətlərinin illik toplantısında 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə edilməklə yanaşı, Avropa Badminton Konfederasiyasına prezident seçkiləri də keçiriləcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!