Frame LifeFutbolIdmanSosialTəqdimatƏn Son

BQXK UEFA Avropa Liqasının Final oyunu münasibətilə Bakıda keçiriləcək festivalda iştirak edəcəkdir

Bakı (BQXK) – Azərbaycanın paytaxtı Bakı şəhəri Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Avropa Liqası Final oyununa  ev sahibliyi edəcəkdir.

Avropanın ən nüfuzlu klublarının oyununun baş tutduğu zaman Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) final oyunu çərçivəsində 25-29 may tarixlərində təşkil olunacaq UEFA Azarkeş festivalında iştirak edəcəkdir.

Festivalda olacaq azarkeşlər fəal iştiraka cəlb edəcək proqram, qısa videolar virtual reallıq vasitəsilə bütün dünyada münaqişə və digər zorakılıq hallarından əziyyət çəkən insanlara yardım edən humanitar təşkilat haqqında məlumat əldə etmək imkanı qazanacaqlar. Final oyunu üçün gələn qonaqlar möhtəşəm futbolla yanaşı, münaqişələrin nəticələri ilə yaşamaq məcburiyyətində qalan insanların hekayələrini də qısa videolar vasitəsilə izləyəcəklər.

Münaqişənin bir çox nəticələri ilə yanaşı, doğmaları itkin düşmüş ailələrin qeyri-müəyyən itki ilə yaşamaq məcburiyyəti də xüsusi qeyd olunmalıdır. İstər keçmiş, istərsə də yeni münaqişələr səbəbindən, və ya digər zorakılıq halları nəticəsində bu gün dünyada yüz minlərlə itkin düşmüş insan var  və bu şəxslərin taleyi barədə heç bir məlumat yoxdur.

Dağlıq-Qarabağ münaqişəsi nəticəsində regionda 25,000-dən çox insan 4,500-dən çox itkin düşmüş doğması haqqında məlumat almaq ümidi ilə yaşayır.

Əzizlərinin taleyi barədə qeyri-müəyyənlik hissi ilə 25 ildən çox zaman kəsiyi ərzində yaşamaq ailələrin sosial və psixoloji vəziyyətlərinə olduqca mənfi təsir göstərir.

“… və beləcə yoxa çıxdılar, sanki heç vaxt olmayıblar. Hər dəfə qapı döyülən zaman elə bilirəm ki, onlar gəliblər”. Bunlar iki oğlu 1992-ci ildə itkin düşmüş ananın sözləridir.

BQXK, ailələrə doğmaları haqqında cavab tapmaqda yardım etmək üçün aidiyyəti qurumlara itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətində dəstək göstərir. Buna nail olmaq üçün həmin ailələrdən mövcud bütün məlumatların və bioloji istinad nümunələrinin toplanılıb saxlanılması ən vacib məqamlardan biridir. Bu gələcəkdə baş tuta biləcək eyniləşdirmənin həyata keçirilməsini təmin edəcəkdir.

BQXK, eyni zamanda ailələrin ehtiyaclarını çoxşaxəli fəaliyyətlər çərçivəsində qarşılamağa çalışır.

BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, müstəsna məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir. Təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir.

Ətraflı məlumat üçün:

İlahə Hüseynova, BQXK Bakı nümayəndəliyi (+ 99 450 316 00 24)

Bizim veb saytımız: www.icrc.org, Twitter: https://twitter.com/ICRC or Facebook: http://www.facebook.com/ICRCBaku

 BQXK video məlumatlarını aşağıdakı mənbədən əldə edə bilərsiniz.

www.icrcvideonewsroom.org

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!