EventsFestivallarJazzMədəniyyətTəqdimat

Braziliyanın tanınmış vokal ifaçısı Bakıda çıxış edəcək

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XVII Bakı Beynəlxalq Caz Festivalın proqramı zəngindir. Belə ki, builki festivala dəvət olunanlar arasında Braziliyanın tanınmış vokal ifaçısı Denis Fontura da var.

Sentyabrın 23-də Heydər Əliyev Mərkəzinin qarşısında Denis Fontura Dami Anders (akustik gitara), Edqar Duvivye (saksofon) və Tofiq Cabbarov (perkussiya) ilə eyni səhnəni bölüşəcək.

Müğənni və mahnı mətnləri yazarı Denis musiqidə ilk addımlarını qadınlardan ibarət “Anastácias” hip-hop qrupunda atıb. Qrup 2003-cü ildə Braziliya cəmiyyətində qaradərili qadınlardan bəhs edən “Mulheres Heroinas” mahnısına görə “Hutuz” mükafatı qazanıb. 2004-cü ildə qrup Porto Aleqre şəhərindən Rio de Janeyroya köçəndə Denisin qarşısında geniş imkanlar açılır. Müğənni tanınmış ifaçılarla bir səhnəni bölüşərək Latın Amerikası musiqisindən başlamış müasir janrlara qədər musiqi palitrasını genişləndirir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!