Site icon Frame.az

Britaniya hərbi orkestri Azərbaycanda konsert verəcək

Böyük Britaniya Müdafiə Nazirliyini təmsil edən “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestri Azərbaycana gəlir.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Frame.az-a verilən məlumata görə, iyunun 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri ilə birgə konsert proqramı təşkil olunacaq.
İyunun 13-də isə Fəvvarələr Meydanında “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestrı ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin birgə konsert proqramı keçiriləcək.
Exit mobile version