Bu gün 19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatında ilk oyununu keçirəcək
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
Millimiz Bolqarıstanın Albena şəhərində keçiriləcək matçda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Estoniyadan olan baş hakim Joonas Jaanovitsun idarə edəcəyi oyun saat 18:00-da başlayacaq.