Bu gün Azərbaycan təmsilçiləri V İslam Həmrəyliyi Oyunlarında 9 idman növündə güclərini sınayacaqlar

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

Avqustun 15-də Azərbaycan təmsilçiləri 9 idman növündə güclərini sınayacaqlar.

Belə ki, stend atıcılığı üzrə Regina Meftahətdinova, Fuad Qurbanov, Cavid Həsənov, Niyaz Ağazadə, Nurlanə Cəfərova və Sevda Nəcəfova güclərini sınayacaqlar.

Qılıncoynatma üzrə isə təmsilçilərimiz komanda (sablya) yarışında iştirak edəcəklər. Həmçinin şpaqa üzrə Ruslan Həsənov, Barat Quliyev, Kənan Əliyev, kamandan oxatma üzrə Yaylagül Ramazanova, Svetlana Simonova, Nəzrin Zamanova, Aleksey Kopnin, Zaur Qəhrəmanov və Məhəmmədəli Əliyev mübarizə aparacaqlar.

Komanda idman növlərindən voleybol üzrə 3-cü yer uğrunda kişilər Türkiyə, qadınlar Kamerun yığmaları ilə qarşılaşacaqlar. Basketbol 3X3 növündə isə Azərbaycan Mərakeş və Qabon komandaları ilə üz-üzə gələcəklər.

Bu gün, həmçinin cüdoçularımız mübarizəyə qoşulurlar. Belə ki, yarışda Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) medal qazanmağa çalışacaqlar.

Para-stolüstü tennis üzə təmsilçilərimiz komanda (qarışıq) yarışında iştirak edəcəklər.

Üzgüçülük üzrə isə Vəli İsrafilov (100 metr brass üsulu ilə üzmə), Rəşad Əlquliyev (400 metr qarışıq üsulla üzmə), İlahə Raciyeva (200 metr batterflay üsulu ilə üzmə), Fatimə Alkərəmova (100 metr sərbəst üsulla üzmə), Ayan Kələntərova (100 metr brass üsulu ilə üzmə) gücünü sınayacaq.

Daha bir növdə – ağırlıqqaldırma üzrə də atletlərimiz bu gün mübarizə aparacaqlar. Belə ki, Dadaş Dadaşbəyli (102 kq), Əli Şükürlü (109 kq) körpücük üzərinə çıxacaqlar.

Qeyd edək ki, avqustun 14-də Azərbaycan komandasının üzvlərindən qılıncoynatma üzrə təmsilçilərimiz Polina Kaspiroviç gümüş, Valeriya Bolşakova və Səbinə Kərimova isə bürünc medal qazanıblar.

Bədii gimnastika üzrə Zöhrə Ağamirova lentlərlə və gürzlə hərəkətlərdə qızıl, halqa ilə hərəkətlərdə gümüş, top ilə hərəkətlərdə isə bürünc medala sahib olub.

Ölkəmizi gimnastika idman növü üzrə təmsil edən Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzə qrup hərəkətləri komandamız 3 lent və 2 topla qızıl, 5 halqa hərəkətləri ilə isə gümüş, aerobika gimnastikası üzrə Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva gümüş medal qazanıblar.

Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında gümüş medala yiyələnib.

Qadınlardan ibarət 3×3 basketbol komandamız 14:12 hesabı ilə Türkiyə millisinə, kişilərdən ibarət 3×3 basketbol komandamız isə Qırğızıstan millisinə 21:4 hesabı ilə qalib gəliblər.

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 58-ə çatıb. Onlardan 18-i qızıl, 22-i gümüş, 18-i bürüncdür.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: