FutbolIdman

Bu gün Futbol üzrə Azərbaycan çempionatının XIX turuna start veriləcək

Fevralın 29-da Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna start veriləcək.

Frame.az Peşəkar Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tur “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”–“Keşlə” oyunu ilə başlayacaq. Saat 16:00-da start götürəcək görüşü Kamal Umudlu idarə edəcək.

Bu gün baş tutacaq “Qarabağ”–“Sabah” matçının baş hakimi isə Elçin Məsiyev olacaq. Saat 18:00-da start götürəcək görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Martın 1-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə”–“Qəbələ” oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.

Tura həmin gün keçiriləcək “Neftçi”-“Səbail” oyunu ilə yekun vurulacaq. Səbuhi Bayramovun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 29 xalı olan “Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!