EkologiyaFrame LifeSağlamlıqTəqdimat

Bu gün meşə fondu torpaqlarında 5 min ağac əkilib

Ölkə ərazisini əhatə edən ağacəkmə tədbirləri bu gün Quba, Tovuz, Ağcabədi, Qəbələ, Şəki, Şabran rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. Gün ərzində ümumilikdə 15 hektar ərazidə 5 min ədəd ting əkilib, 1000 kiloqramdan artıq palıd toxumu səpilib.

Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, payız ağac əkini mövsümü başlayandan bu günədək ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin 45 hektar sahəsində 20 min ədəd ting əkilib, 3 min kiloqram toxum səpilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!