EkologiyaIqtisadiyyatSağlamlıqTəqdimat

Bu gün meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib

Meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir – hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, gün ərzində meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 14 min 145 ədəd müxtəlifcinsli ağac əkilib.

V.Fərzəliyev yaz ağac əkini mövsümü başlayandan bu günədək 1772 hektar meşə fondu torpaqlarında, ümumilikdə, 1 milyon 80 min ağacın əkildiyini də qeyd edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!