EkologiyaSağlamlıqTəqdimat

Bu gün meşə fondu torpaqlarında 25 mindən çox ağac əkilib

Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri payız əkin planına uyğun olaraq bu gün Qəbələ, Şamaxı, Sabirabad və Bərdə rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində ümumilikdə 25 mindən artıq ağac tingi əkilib, 450 kiloqramdan çox toxum səpilib.

“Ölkə ərazisində meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir”, – deyə V.Fərzəliyev vurğulayıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!