Noyabrın 7-də UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun oyunlarına start veriləcək.
Frame.az xəbər verir ki, dördüncü tur çərçivəsində 23 qarşılaşma oynanılacaq. A qrupunda yer alan Ağdamın “Qarabağ” komandası səfərdə Kiprin APOEL klubunun qonağı olacaq. Qrupun digər oyununda “Sevilya” səfərdə Lüksemburqun “Düdelanj” komandası ilə qarşılaşacaq.
Üç turdan sonra aktivində 9 xal olan “Sevilya” A qrupunda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun bir görüşü artıq oynanılıb. F qrupunda yer alan “Arsenal” komandası ötən gün səfərdə Portuqaliyanın “Gimaraeş” komandası ilə 1:1 hesablı heç-heçə edib.
UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda keçiriləcək digər oyunlar aşağıdakılardır.
B qrupu:
“Kopenhagen” (Danimarka) – “Dinamo” (Kiyev, Ukrayna);
“Luqano” (İsveçrə) – “Malmö” (İsveç).
Qrupdakı vəziyyət: “Kopenhagen” – 5, “Dinamo”- 5, “Malmö”- 4, “Luqano” – 1.
C qrupu:
“Bazel” (İsveçrə) – “Xetafe” (İspaniya);
“Krasnodar” (Rusiya) – “Trabzonspor” (Türkiyə).
Qrupdakı vəziyyət: “Bazel” – 7, “Xetafe”- 6, “Krasnodar” – 3, “Trabzonspor” – 1.
D qrupu:
“Rusenborq” (Norveç) – “Sportinq” (Portuqaliya);
LASK (Avstriya) – PSV (Hollandiya).
Qrupdakı vəziyyət: PSV – 7, “Sportinq” – 6, LASK – 4, “Rusenborq” – 0.
E qrupu:
“Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya);
ÇFR (Rumıniya) – “Renn” (Fransa).
Qrupdakı vəziyyət: “Seltik” – 7, ÇFR – 6, “Latsio” – 3, “Renn” – 1.
F qrupu:
“Standard Liq” (Belçika) – “Ayntraxt” (Frankfurt, Almaniya).
Qrupdakı vəziyyət: “Arsenal” – 10 (4 oyun), “Ayntraxt” – 6, “Standard” – 3, “Gimaraynş” – 1 (4 oyun).
G qrupu:
“Feyenoord” (Hollandiya) – “Yanq Boyz” (İsveçrə);
“Reyncers” (Şotlandiya) – “Portu” (Portuqaliya).
Qrupdakı vəziyyət: “Yanq Boyz” – 6, “Portu” – 4, “Reyncers” – 4, “Feyenoord” – 3.
H qrupu:
“Espanyol” (Espanyol) – “Lüdoqorets” (Bolqarıstan);
“Ferentsvaroş” (Macarıstan) – MOİK (Moskva, Rusiya).
Qrupdakı vəziyyət: “Espanyol”- 7, “Lüdoqorets”- 6, “Ferentsvaroş” – 4, MOİK – 0.
I qrupu:
“Volfsburq” (Almaniya) – “Gent” (Belçika);
“Aleksandriya” (Ukrayna) – “Sent-Etyen” (Fransa).
Qrupdakı vəziyyət: “Gent” – 5, “Volfsburq” – 5. “Sent-Etyen” – 2, “Aleksandriya” – 2.
J qrupu:
“Borussiya” (Mönxenqladbax, Almaniya) – “Roma” (İtaliya);
“Volfsberq” (Avstriya) – “Başakşehir” (Türkiyə).
Qrupdakı vəziyyət: “Roma”- 5, “Başakşehir” – 4, “Volfsberq”- 4, “Borussiya” – 2.
K qrupu:
“Braqa” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə);
“Vulverhempton” (İngiltərə) – “Slovan” (Bratislava, Slovakiya).
Qrupdakı vəziyyət: “Braqa” – 7, “Vulverhempton” – 6, “Slovan”- 4, “Beşiktaş” – 0.
L qrupu:
“Astana” (Qazaxıstan) – “AZ Alkmar” (Hollandiya);
“Mançester Yunayted” (İngiltərə) – “Partizan” (Serbiya).
Qrupdakı vəziyyət: “Mançester Yunayted” – 7, “AZ Alkmar” – 5, “Partizan” – 4, “Astana” – 0.