Martın 7-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin oyunları keçiriləcək.
Frame.az xəbər verir ki, oyunlardan beşi Bakı vaxtı ilə saat 21:55-də, üçü isə saat 00:00-da başlayacaq.
Mərhələnin oyunları aşağıdakılardır:
Saat 21:55-də:
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Benfika” (Portuqaliya);
“Ayntraxt” (Frankfurt, Almaniya) – “İnter” (İtaliya);
“Renn” (Fransa) – “Arsenal” (İngiltərə);
“Sevilya” (İspaniya) – “Slaviya” (Praqa, Çexiya);
“Zenit” (Rusiya) – “Vilyarreal” (İspaniya).
Saat 00:00-da:
“Çelsi” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna);
“Napoli” (İtaliya) – “Zaltsburq” (Avstriya);
“Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya).
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.