Site icon Frame.az

Bu həftə Musiqili Teatrda – AFİŞA

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu – 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, 24, 25, 26 noyabr tarixlərində saat 12.00, 15.00 və 19.00-da “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Düyməcik” (H.K. Andersen), “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında) tamaşaları təqdim ediləcək.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Əzizağa Əzizov, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Şövqi Hüseynov, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Yuliya Heydərova, Rauf Babayev, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Emil Heydərov, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Güldanə Əzimova, Əmrah Dadaşov, Aydan Həsənova, Nicat Əli, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 24 noyabr saat 19.00-da R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri böyüklər üçün, 25 noyabr saat 12.00-da R. Şəfəq, V. Ziminin “Yağış göbələyinin macərası”, 15.00-da isə H.K. Andersenin “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq.

Balacalar həmçinin 26 noyabr saat 12.00-da O. Zülfüqarov, R. Heydərin “Dəcəl çəpişlər” əsərini Azərbaycan dilində izləyə biləcəklər. Həftəsonunu maraqlı və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Frame.az

Exit mobile version