EventsFestivallar

BU İLİN İLK BAKI ŞOPİNQ FESTİVALI 1-31 MAY TARİXLƏRİNDƏ KEÇİRİLƏCƏK

Bu yazın ən çox gözlənilən tədbiri, şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirməkdə olan Bakı Şopinq Festivalının keçirilməsi 1-31 maytarixinə təyin edilib. Hər zaman olduğu kimi, yerli əhali və turistlər bu festivalda iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanacaqlar. Keyfiyyətli mallara üstünlük verirsinizsə, eləcə də vaxtınıza və pulunuza qənaət etmək istəyirsinizsə,tam bir ay davam edəcək festival fürsətlərini qaçırmayın!

XÜSUSİ KAMPANİYA VƏ ENDİRİM TƏKLİFLƏRİNDƏN YARARLANIN!
Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək. Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat vəkosmetika, eləcə də digər məhsulları yalnız Bakı Şopinq Festivalı günlərində mövcud olan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəksiniz. Payız festivalında olduğu kimi, bu dəfə də supermarketlər bizə qoşulacaqlar!

TAX FREE –ŞOPİNQ ET VƏ XƏRCLƏDİYİN
PULUN BİR QİSMİNİ GERİ AL!

Festival zamanıhəm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə etmək mümkündür. Beləliklə, Bakı Şopinq Festivalı zamanı bəyəndiyiniz malları digər dövrlərdən qat-qat sərfəli qiymətlərlə ala biləcəksiniz. Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Bütün bunlarla yanaşı festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur. Siz alış-veriş etməklə yanaşı,həm də maraqlı vaxt keçirə biləcəksiniz.

SİZİN DƏ MAĞAZA, RESTORAN VƏ YA KAFE
FESTİVALDA İŞTİRAK EDƏ BİLƏR!
Bakı şəhərində yerləşən istənilən mağaza, restoran və kafe Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Məsələn, müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və ya festivalın təbliğat imkanları vasitəsilə öz brendinitanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə, ticarət dövriyyəsini artırmaq istəyən sahibkarlar iştirak üçün bizə müraciət edə bilərlər. Festivalın iştirakçısı olmaq üçün info@bakushopfest.com elektron poçt ünvanı və ya (+99455)253-63-27, (+99455)253-63-18 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

BAKI ŞOPİNQ FESTİVALIN UĞURLU NƏTİCƏLƏRİ:
2017-ci ildən keçirilən Bakı Şopinq Festivalıvətəndaşlarımıza və şəhərimizin qonaqlarına hər biri bir ay davam etməklə, ildə iki dəfə bu fürsəti yaradır. Keçirildiyi ilk ildən Bakı Şopinq Festivalı böyük uğurlar əldə edərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə nail oldu. Azəraycanda və regionda ilk olmasına baxmayaraq, Bakı Şopinq Festivalı qısa zamanda etibar qazandı və 2017-ci ildə iki uğurlu festival həyata keçirdi. Bu müddətdə, ümumilikdə, 665 mağaza iştirakçı qismində festivala qoşulub. Həmin mağazalarda festival çərçivəsində 71 min 331 ədəd ƏDV qaytarılması əməliyyatı həyata keçirilib. Yerli alıcılarla yanaşı, ƏDV qaytarılması imkanından yararlanan turistlərin sayı isə 6 min 534 nəfər olub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!