IdmanTəqdimat

Budapeştdə gənclərlə keyfiyyətli iş mövzusunda təlim seminarı start götürüb

Bu gündən etibarən Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanın gənclər mərkəzlərinin və evlərinin əməkdaşları üçün gənclərlə keyfiyyətli iş mövzusunda təlim seminarı start götürüb.

Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində təşkil olunan semninarın hədəfi gənclər evlərinin və mərkəzlərinin əməkdaşlarının Avropa Şurasının standartlarına əsaslanan, gənclərlə keyfiyyətli işin və mərkəzlərin inkişaf proqramlarını təmin etməkdən ibarətdir.

Avropa Şurasının Gənclər Departamenti tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birlikdə həyata keçirilən təlimin ilk günündə eskpertlər tərəfindən ölkə gəncləri və onların ehtiyacları, gənclərlə iş və gənclər siyasəti mövzularında təcrübə mübadiləsi təşkil edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!