FinansIqtisadiyyatTəqdimat

Bugün A-Qroup Sığorta Şirkəti öz ad gününü qeyd edir

25 il əvvəl möhtəşəm səyahət başladı.

Bu A-Qroup üçün yuvarlaq tarixdən daha artıqdır.Bu, şirkətə mövqeyini inamla möhkəmləndirməyə və təklif olunan xidmətlərin keyfiyyətinə görə tanınmağa imkan verən təcrübə, yenilik, etibarlılıq, etimad, peşəkarlıq, məsuliyyət və keyfiyyətli xidmətdir.

25 il ərzində A-Qroup böyük nailiyyətlər əldə etdi, maddi cəhətdən sabit və ən başlıcası, müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olmağı bacardı. Hazırda şirkətin əldə etdiyi ciddi nəticələr və gələcək inkişaf üçün güclü potensialı haqqındaarxayınlıqla danışmaq olar.

Şirkətin ən yaxşı ənənə və təcrübəsini müasir texnoloji həllərlə birləşdirən, İT texnologiyalar və yeni istiqamətlərin inkişafına böyük sərmayə yatıran, müştərilərin maraqlarını ön planda saxlayan A-Qroup rahalığı, sürəti və yüksək səviyyəli xidməti dəyərləndirən Sığortalılarının xeyrinə mümkün qədər səmərəli işləməyə davam edəcəyini əminliklə bəyan edə bilər.

İqtisadiyyatdakı böhranla əlaqəli çətinlikləri dəfələrlə uğurla dəf edən A-Qroup təkcə iş performansını deyil, həm də əsas dəyərləri – müştərilər, tərəfdaşlar, komandasını qoruyub saxlamağı bacardı.

On minlərlə insan əmlakları, avtomobilləri, ən əsası sağlamlığını A-Qroup-a etibar edir!

Məhz Sığortalıların sağlamlığının qorunması, tam hüquqlu tibbi xidmətin təşkili 25 ildir ki, A-Qroup-un prioritet sahəsi olub və olmağa davam edir.

Fəaliyyətə başladığı ilk gündən, 25 ildir ki, A-Qroup “Biz fəqliyik” şüarı ilə “yaşayır” və bu sadəcə sözlərdən ibarət deyil. Bu sığorta şirkətinin yolu və yanaşmasıdır. A-Qroup-un hər suala, hər müştəriyə və tərəfdaşa, hər nüansa xüsusi yanaşması var. Və şirkət 25 ildir ki, şüarına sadıq qalmaqdadır.

25 il- önəmli dövrdür, digər tərəfdən isə nailiyyətlərlə yetinməyin zamanı deyil. Əksinə, bu irəli getmək üçün yaxşı bir təkandır. A-Qroup yerində durmur, tempini qoruyur, ən yaxşısına nail olmağa can atır, maksimum sürətli onlayn xidmət və şirkətlə rahatqarşılıqlı əlaqəni təmin edir, müştərilər üçün daha müasir və əlverişli olmağı hədəfləyərək məhsul və xidmətlərini daim inkişaf etdirir.

Doğum günündə A-Qroup komandası tərəfdaşlarına və müştərilərinə etibar və səmərəli əməkdaşlığa görə təşəkkür edir. Sığortalıların etimadı A-Qroup-un irəliyə doğru inamla baxmasına imkan verən ən mühüm nailiyyətidir.

25 illik fəaliyyətin uğurları qürur hissi doğurur və yeni uğurlara ilham verir.

A-Qroup sığorta şirkəti fərqliliyi, rahatlığı, sürəti və yüksək səviyyəli xidməti qiymətləndirənlər üçün çalışır.

Hər kəsin sığorta maraqları fərqlidir, lakin hamısı A-Qroup-un Sizə hər zaman təklif etməyə hazır olduğu ən yaxşı müdafiəyə layiqdir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!