EventsMusiqiMədəniyyət

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Beynəlxalq Muğam Mərkəzi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə layihəsi çərçivəsində keçirilən konsertdə məktəbin “Nəfəs alətləri” şöbəsinin  müəllim və tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.

Tələbələrin ifasında A.Qlazunovun “Raymonda” baletindən “Antrakt”, T.Albinoninin “İkili” konsert F-Dur, F.Bendanın “Trio” su, A.Vivaldinin “Konsert”i, K.M.Veberin “ Konsert no2”i,  S.Prokofyevin “Yumoreska”, A.Piatzollanın “Libertango”, K.Serockinin “Dörd trombon üçün Suita”, R.Şumanın “Romans”ı, M.Blavetin “Korelli mövzusunda Variasiyalar”, F.Mendelsonun “Konsert pyesi”, Y.Veysenbornun “Kapriçio”, M.Ravelin “Alborada”, A.Bazzininin “La Ronde des Lutins”, M.Manganinin “Romans”ı, B.Andrenin “Narteks” və T.Quliyevin “Zibeydə” əsərləri ifa olunub.

Tamaşaçılar qarşısında Xalq artisti, professor Ağamalızadə Müzəffər, Əməkdar artistlər İmanov Fuad, Hacıyev İlqar, Əməkdar mədəniyyət işçisi Həsənov Zaman, müəllimlər- Abbasquliyev Rza, Hacıyev İlqar, Zülfüqarova Əminə, Məmmədov Anar, Aslanov Aslan, Məmmədov Nicat, tələbələr- Əmirova Könül, Məmmədov Rüfət, Əliyeva Səyyarə, Məmmədov Şahin, Söhrabi Anar, Şükürova Pərvanə, Abdullayev Alim, Məmmədov Qəmbər, Musayev Ümüd, Həsənli Elmir qaboy, klarnet, fleyta, faqot, arfa, tranbon alətlərində müxtəlif musiqi nömrələri ifa ediblər.

Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

 Qeyd edək ki, dekabrın 27- də,  saat 19:00 –da Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm “Muğam axşamlar”ı layihəsi çərçivəsində “Arazbarı”, “Ovşarı” və başqa ritmik muğamlar səslənəcək.

 Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket. az (online) saytından əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!