Cəbrayılda yaradılan “Dostluq Meşəsi”ndə 44 minə yaxın ağac əkilib

Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin “Dostluq Meşəsi” adlandırılan sahəsində, o cümlədən ətrafdakı yamaclarda ötən ilin sonlarından başlanan ağacəkmə tədbirləri davam etdirilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, bu gün Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə həmin ərazinin 4 hektara yaxın sahəsində, terraslarda 3 min 200 müxtəlif növ ağac tingi əkilib.

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyünün birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində, bu günədək həmin ərazinin 48 hektardan çox sahəsində ümumilikdə 44 minə yaxın müxtəlif növ ağac tingi əkilib”, – deyə C.Qəribov qeyd edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: