Hansısa bir işə başlamaq istəyəndə, yalnız başqalarının şərhlərinə görə dayanmaq axmaqlıq olar. Hər şeydən və hər kəsdən öncə sizin cəhdinizdir. Unutmayın, cəhd edənlər məğlub ola bilərlər. Amma cəhd etməyənlər artıq məğlubdurlar! Nəyəsə nail olmaq cəhd etmək üçün sadəcə və sadəcə cəhd edin. Bu bir qədər qəribə səslənir: “Cəhd etmək üçün cəhd etmək”. Amma bu həqiqətən belədir. Çünki cəhd etmək üçün heç bir artıq düşüncələrə, strategiyalara, addımlara ehtiyac yoxdur. Əksinə, bunlar sizin beyninizi dumanlandıracaq, sonu qaranlıq olan düşüncələrə qərq edəcək. Baryerləri aşmaq, uzun müddətdir istədiyiniz və edəcəyiniz təqdirdə itirəcəyiniz bir şey olmadığı təqdirdə nəsə etmək üçün bütün şərait varsa, deməli, sadəcə gözünüzü yumaraq bütün hissləri, həssaslıqları, qorxaqlıqları beyninizdən silib ataraq cəhd etmək zamanı yetişib.
Murad Məmmədov – “Uğurun Xəritəsi” kitabından sitat.