Site icon Frame.az

Cəmilə Piriyevanın “Karma” adlı ilk fərdi sərgisi keçiriləcəkdir

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 17 noyabr 2017-ci il saat 16:00-da  həvəskar rəssam Cəmilə Piriyevanın “Karma” adlı ilk fərdi sərgisi keçiriləcəkdir.

Cəmilə  Piriyeva 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından etibarən rəssamlıqla  həvəskar  məşğul olmağa başlamışdır. Həvəskar rəssam Cəmilə Piriyeva Azərbaycanın daxilində və xaricində keçirilmiş bir çox sərgilərdə iştirak etmiş və fərqləndirici diplomlara layiq görülmüşdür.

Sərgidə gənc rəssamın 40-a yaxın əl işi nümayiş olunur. Qeyd edək ki, rəssam bir ilə yaxındır ki, fərdi sərgisinə həvəslə hazırlaşır.

Rəssam Cəmilə Piriyevanın 17 noyabr 2017-ci il, saat 16:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində keçiriləcək fərdi sərgisində sənətsevərlər rəssamın yaradıcılığını əhatə edən əsərlərlə tanış ola bilərlər.

ADRA Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) təşkil olunmuş sərgi 18 noyabr  2017-ci il tarixinədək  davam edəcəkdir.

Frame.az

 

 

Exit mobile version