EventsIqtisadiyyatTəhsilTəqdimat

“Cənub Regionu MəktəblərindəTəhsil və Karyera Sərgisi” layihəsi uğurla həyata keçirilmişdir

“Gələcəyə Doğru” Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi Lənkəran və Lerik şəhərlərində  “Cənub Regionu Məktəblərində Təhsil və Karyera Sərgisi” layihəsinini həyata keçirdib.

ATGTİ- dən Frame.az-a bildiirlib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində məktəblilərin iştirakı ilə təlimlər keçirilmiş və maraqlı müzakirələr aparılmışdır. Layihə çərçivəsində Lənkəran şəhərində Sütəmurdov kənd tam orta məktəbi, 1, 2, 5, 6 və 8 nömrəli tam orta məktəblərdə, Lerik şəhərində isə 1 nömrəli texniki fənnlər liseyi və 3 saylı tam orta məktəbdə həyata keçirilmişdir.

Layihə çərçivəsində ölkəmizdə təhsilin inkişafı, təhsil sektorunda baş verən yeniliklər, ali və orta ixtisas təhsil müəssisələri, ixtisaslar və gənclər üçün iş imkanlarının müzakirə olunmuşdur. Layihənin əsas məqsədi fərqli və alternativ metodla məktəblilərdə təhsilə marağın artırılması, məktəbliləri maraqlandıra biləcək təhsillə bağlı bütün məlumatları onlara ötürmək və onlara bütün resurs və imkanlardan faydalanaraq təhsilin inkişafına dəstək verə biləcək işlər görmək. Layihə 21-25 May tarixlərində keçirilmişdir.

İctimai Birliyin sədri Asif Səfərlinin sözlərinə görə layihə məktəblilərin bütün mümkün imkanlardan istifadə edərək uğur qazanması naminə maarifləndirilməsinə xidmət edir. Belə ki, layihənin çərçivəsində məktəblilərdə yarana biləcək bütün sualların cavablandırılması, ali təhsil almağın üstünlükləri, iş imkanları və bunun üçün yüksək səviyyədə təhsil almağın vacibliyi nümayiş olunmuşdur. Layihənin işi gənclərin həvəsləndirilməsi, onlarda ruh yüksəkliyinin yaradılması  ilə yanaşı onlara bunu necə edəcəyini aşılamaqdan ibarətdir. Belə ki, layihənin keçirilməsi ilə ali və orta ixtisas təhsil müəssisələri, ixtisas növləri, ali təhsil sistemi və s. bütün təhsillə bağlı hər şey müzakirə olunmuşdur.

Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi son illərdə bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı və ya təşkilatçısı və Ukraynada, Türkiyədə, Polşada, Almaniyada, Moldovada, Rusiyada, Yunanıstan və Qırğızıstanda olan beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.

Xatırlatmaq istərdimki, Gələcəyə Doğru TTGİB-in həyata keçirdiyi “İnformasiya Beyinləri Düşərgəsi” , “Regionlarda Məktəblərarası İT” yarışması, “Menecmentlik Praktikada”, “Şimal Regionu Gənclərinin İntellektual birinciliyi”, “Gənclər üçün Ekoturizm düşərgəsi” layihələri çox böyük kütlələri əhatə edib və ölkə miqyasında işıqlandırılmışdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!