Site icon Frame.az

Çətin durumlarda xatırlanası məqamlar

Ağrı hissi inkişafın göstəricisidir. Bəzən həyat qapıları bağlayır ki, çətin durumlarda siz yola davam edəsiniz. Bu, doğrudan da yaxşıdır, çünki çox zaman şərait bizi məcbur etməyincə biz yerimizdən tərpənmirik. Çətin zamanlarda daim yadınıza salın ki, heç bir ağrı hissi səbəbsiz peyda olmur. Sizi incidən, ağrıdan məqamlardan kənarlaşın, lakin onların sizə yaşatdığı həyat dərsini heç vaxt unutmayın. Sizin mübarizə aparmağınız heç də məğlub olmağınız anlamına gəlməməlidir. Böyük uğurlar layiqi mübarizənin yer almasını tələb edir. Hər bir yaxşı şey zaman alır. Səbrli və inamlı olun. Hər bir şey öz yoluna dönəcək; bu həmin an baş verməsə də, sonunda alınacaq. Unutmayın ki, ağrının iki növü var – sizi incidən və sizi dəyişdirən ağrı. Həyat boyu addımladıqca, ağrıya müqavimət göstərmək yerinə onun sizi dəyiştirməsinə imkan yaradın.

Həyatda hər bir şey müvəqqəti xarakter daşıyır. Hər zaman yağış yağanda, siz onun tezliklə dayanacağını bilirsiniz. Hər zaman sizi kimsə incidəndə yaralar sağalır. Qaranlıqdan sonra hər zaman işıq gəlir – bunu siz hər səhər hiss edirsiniz, baxmayaraq ki gecələr bəzən sonsuzluğa qədər uzanır. Heç nə əbədi deyil. Buna görə də, hal-hazırda sizin həyatınızda hər şey qaydasındadırsa, bundan zövq qalın, çünki bu uzun çəkməyə bilər. Eyni aspektdən yanaşdıqda, hər şey pisdirsə, yenə narahat olmayın, çünki bu da əbədi olmayacaq. Həyat bu an çətindirsə, bu o demək deyil ki, siz gülməməlisiniz. Sizi nə isə narahat edirsə, bu çətin də olsa sizin təbəssümünüzə mane olmamalıdır. Hər bir an sizə yeni bir başlanğıc və yeni bir son bəxş edir. Hər bir saniyə siz yeni bir şans qazanırsınız. Ondan sadəcə istifadə edin.

Narahatlıq və gileylənməklə heç nə dəyişmir. Kim ki daha çox gileylənir, həyatda hamıdan daha az nəyəsə nail olur. Heç bir şey etmədən nəyəsə nail olmağa çalışmaqdansa, hər zaman daha çox çalışıb uğursuzluğa düçar olmaq daha yaxşıdır. Əgər məğlub olmusunuzsa, bu hələ son demək deyil – əgər siz daim gileylənirsinizsə, demək ki uduzmusunuz. Bir şeyə ürəkdən inanırsınızsa, son nəticə olaraq nə baş verəcəyindən asılı olmayaraq, nə qədər çətin olsa belə, cəhd etməyə davam edin. Unutmayın ki, əsl xoşbəxtlik yalnız o halda baş verir ki, siz mövcud problemlərinizə görə gileylənməkdən əl çəkib, sizin həyatınızda olmayan problemlərə görə minnətdar olmağa başlayırsınız.

Maraqlı.info

Exit mobile version