Tarixin ən yaxşısı, milyonların kumiri, qapıçıların rol modeli, böyük çempion və ən əsası, mükəmməl, təvazökar şəxsiyyət, istənilən azarkeşin hörmət etdiyi Canluici Buffon’un dogum günüdür.
Cici yanvarın 28-i İtaliyanın Karrera şəhərində anadan olub. Bu gün dahi qapıçının 39 yaşı tamam olmasına baxmayaraq, gözlərindəki qığılcım ilk gündəki kimidir. Buffon futbolçu karyerasına 1995-ci ildə Parma klubunda başlayıb. 2001-ci ildə Parma’dan Yuventus’a 54,2 milyon avroya transfer olunan Cici bu günə kimi dünyanın ən bahalı qapıçısıdır.
Buffon karyerası boyu bir çox titullar qazanıb.
9 qat İtaliya A Seriyasının qalibi
6 qat İtaliya Super Kubokunun qalibi
3 qat İtaliya kubokunun qalibi
1 qat Dünya Çempionluğu
1 qat UEFA Kubokunun qalibi.
Pərvin Bayramov.