“Capital Partners İnvestisiya şirkəti” QSC Bakı Fond Birjasının üzvlüyünə qəbul edilib

Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarlı ilə noyabrın 11-dən etibarən “Capital Partners İnvestisiya şirkəti” QSC üzvlüyə qəbul edilib.

“Capital Partners İnvestisiya şirkəti” QSC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2022-ci il iyunun 22-də verilmiş investisiya şirkəti fəaliyyəti üçün müddətsiz lisenziyaya malikdir.

“Capital Partners”in əsas fəaliyyət istiqaməti qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi, anderraytinqi və investisiya məsləhətlərinin verilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması və marja ticarətidir.

Məlumat üçün qeyd edək ki, “Capital Partners İnvestisiya Şirkəti” QSC 2007-ci ildə yaranıb və “Rabitəbank” ASC-nin törəmə şirkətidir. Şirkətin nizamnamə kapitalı 400 min manata çatdırılıb. Şirkətin direktoru isə İkram Səfərəliyevdir.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: