Site icon Frame.az

“Çarlinin Mələkləri” Park Cinema-da

Ötən gün Park Bulvar AVM-də yerləşən Park Cinema kinoteatrında “Çarlinin Mələkləri” filminin qapalı nümayişi  keçirilib.

Təqdimatda qonaqlara hər zaman olduğu kimi furşet və maraqlı şou-proqram təqdim edilib.

Qeyd edək ki, “Çarlinin mələkləri” filminin rejissor assistenti həmyerlimiz Rəna Allahverdiyeva da “Park Cinema”nın xüsusi nümayişində iştirak edən qonaqlar arasında olub.

ABŞ istehsalı olan “Çarlinin mələkləri” filminin rejissoru Elizabet Benksdir. Baş rollarda Naomi Skott, Kristen Stüart və Ella Balinska çəkiliblər. 140 dəqiqəlik filmdə yaş həddi “16+”dur. Filmin çəkilişlərinə 2018-ci ildən start verilib. Çəkilişləri Almaniya və Türkiyədə gerçəkləşən ekran əsərində bir neçə bahalı maşın və saat şirkətləri açıq şəkildə reklam olunub. Filmdə hətta türk musiqisindən də istifadə edilib.

Film haqqında qısa məlumat: “Taunsend” adlı özəl araşdırmaçılıq agentliyi sirli Çarlinin rəhbərliyi ilə bütün dünyada ofisini açır. İndi Bosleyin rəhbərliyi ilə komanda yer kürəsinin müxtəlif yerlərində peşəkarlığa sahib olan mələklərin sayəsində müştərilərinin həyatında təhlükəsizlik və əmin-amanlıq yaratmalıdırlar.

Frame.az

Exit mobile version