IqtisadiyyatTurizmTəqdimat

Carlsberg brendinin 175 illiyi qeyd olunub

Carlsberg Azərbaycan şirkəti Azərbaycan Milli İncəsənət Muzeyində Carlsberg brendinin yaranmasının 175 illiyini böyük təmtəraqla qeyd edib.
“Niyə meyxanə yox, məhz muzey?” – bu gecənin təşkilatçılarına ünvanlanan ən populyar sual olub.
Cavab olaraq şirkət nümayəndələri Carlsberg-in 175 il ərzində bütün dünyada mədəniyyət, elm və incəsənəti dəstəklədiyindən danışıblar.
Bu yaxınlarda şirkət Azərbaycan muzeyi ilə əməkdaşlığa başlayıb.
Ona görə də tədbirin keçirilməsi üçün məhz bu muzeyin seçilməsi təsadüfi olmayıb.
Tədbirdə Carlsberg Azerbaijan-ın yeni baş direktoru Alius Antulis da iştirak edib.
O, qonaqları salamlayaraq jurnalistlərin suallarını cavablandırıb, şirkətin planlarından, əldə etdiyi nailiyyətlərdən danışıb, rəqəmlərlə faktlarla bölüşüb.
Beləliklə, Antulisin sözlərinə görə, Danimarkanın “Carlsberg Group” pivə korporasiyasının Azərbaycanda istehsalın təşkili və inkişafına investisiyaların ümumi həcmi 160 milyon manatı ötüb.
“Azərbaycanın dövlət büdcəsinə vergi ödənişləri ildə 35 milyon manatı ötür.
Baş direktor xatırladıb ki, 2021-ci ildə “Carlsberg Azerbaijan” Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə anlaşma memorandumu imzalayıb və ona əsasən, şirkət 2025-ci ilədək istehsalın inkişafına 25 milyon manatdan (14,7 milyon ABŞ dollarından) çox sərmayə qoyacaq.
O, həmçinin qeyd edib ki, şirkət 2023-cü ildə Azərbaycanda yalnız yerli arpadan istifadə etməklə pivə istehsalına keçmək niyyətindədir. Yerli etiket təchizatçıları ilə də işlərə başlanılıb, yerli qablaşdırmatəchizatçıları ilə danışıqlar aparılır.
Carlsberg Azerbaijan pivə zavodu Bakıdan 10 kilometr aralıda, Xırdalan şəhərində yerləşir.
Hazırda şirkətdə 260 işçi çalışır.
Ülviyyə Ədalətqızı


 
 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!