“Snap Pack” – pivə bankalarını birlikdə birləşdirməyə və “Carlsberg”in altı banka ilə multipaklarının qablaşdırılması üçün istifadə olunan örtüdən (plyonkadan) imtina etməyə imkan verən qabaqcıl texnologiyadır. İnnovasiya ilk dəfədir ki pivə hazırlama sahəsində tətbiq olunub və ənənəvi multipaketlərin qablaşdırılması üçün istifadə edilən plastikin həcmini 76%-dək azalmağa imkan verəcək.
“Snap Pack”multipakları “Carlsberg Group”un bu gün elan edilən ekoloji cəhətdən səmərəli qablaşdırma sahəsində innovasiyalar seriyasından yalnız biridir. Bu innovasiyalar arasında həmçinin aşağıdakılar var:
– Şüşə butulkanın etiketi üçün “Cradle-to-Cradle Silver” ilə sertifikasiya olunan boyalara keçid etiketin emalını təkmilləşdirməyə imkan verəcək;
– Dövriyyə şüşə butulkası üçün yeni örtük onun istifadə müddətini artırmağa və ətraf mühitə təsirini azaltmağa imkan verəcək;
– Oksigeni çıxaran yeni qapaqlar pivənin dadını daha uzun müddət saxlamağa imkan verəcək.
Bu “Carlsberg Group”un uzunmüddətli strateji məqsədlərinin – SIFIR karbon izi və SIFIR su itkisi – daxil olduğu “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramı çərçivəsində istehlakçılara yönələn ilk innovasiyalardır.
İnnovasiyalar ilk növbədə yenilənmə və təkmilləşmənin təmin olunması üçün “Carlsberg” flaqman brendinə aid olacaq. Bu, istehlakçılara ətraf mühitə təsiri azaltmağa imkan verəcək əla dada malik pivənin “Çox güman ki, dünyada ən yaxşı pivə” əfsanəvi sloqanını möhkəmləndirmək üçün atılan bir addımdır.
“Bu,“Carlsberg” üçün vacib gündür. Dayanıqlı inkişaf sahəsində məqsədlərimizə nail olmaq və iqlim dəyişmələri ilə mübarizədə köməklik göstərmək üçün ciddi səylə çalışırıq. Biz daim təkmilləşməyə çalışırıq və bugünkü buraxılış təsisçimizin izi ilə daha yaxşı gələcəyə necə getdiyimizi dəqiqliklə nümayiş etdirir. “Carlsberg”“Snap Pack” plastik tullantıların miqdarını əhəmiyyətli dərəcədə azaldacaq və biz istehlakçılarımıza ətraf mühitə daha az təsir edən pivəni dadmaq imkanını bəxş etməyi səbirsizliklə gözləyirik”, – deyə “Carlsberg Group”un prezidenti və icraçı direktoru Kees’t Xartqeyd edib.
“Carlsberg Group”un tədqiqatçılar komandası həm istehlakçılar, həm iqlim üçün müsbət dəyişikliklərə səbəb olacaq innovasiyaları yaratmaq məqsədilə tərəfdaşlarla birlikdə çalışıb.
Dayanıqlı inkişaf sahəsində yeni həllərin sürətlə tətbiq olunması üçün “Carlsberg Group”, həmçinin Danimarkanın “Plastic Change” Ekoloji Təşkilatı ilə strateji tərəfdaşlıq və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) ilə Dayanıqlı İnkişaf məsələləri ilə bağlı çoxdankı dialoqun davam etdirilməsi barədə elan edib.
“Snap Pack” işə salınmasını qeyd etmək üçün “Carlsberg Group” tamamilə “Snap Pack” texnologiyası ilə birləşdirilən bankalardan ibarət məşhur Su pərisi abidəsinin yeni unikal versiyasını təqdim edib.
Su pərisinin “Snap Pack” multipaklarında istifadə olunan xüsusi yapışqanla birləşdirilən konstruksiyası “Carlsberg Group”un nəfis dada malik olmaqla yanaşı, ətraf mühit üçün daha yaxşı olan pivənin hazırlanması üçün səylərini təcəssüm etdirir.
İnstalyasiyanın hündürlüyü 3 metr təşkil edir. Onun elementlərindən biri 137 kiloqram plastikdən olan uzanan dalğadır. “Carlsberg Group” “Snap Pack” sayəsində bir saatda plastik miqdarını (ildə 1200 ton) məhz bu miqdara azaldacaq.
Frame.az