IdmanTəqdimat

“Caspian Open” beynəlxalq karate turniri keçirilib

Azərbaycan Karate Təşkilatının (AKT) “Caspian Open” beynəlxalq karate turniri keçirilib.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəstəyi ilə Bakı İdman Sarayında təşkil edilən növbəti yarışda 4 ölkədən 1000-dən artıq idmançı iştirak edib.

AMKF-nin mətbuat xidmətindən verilən məlumata görə, yarışın açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Turnirin təşkilatçılarından Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti Vilayət Əmirov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AMKF-in baş katibi Camal Murtuzəliyev, eləcə də digər fəxri qonaqlar çıxışlarında döyüş sənəti olan karate idman növünün ölkəmizdə inkişafından danışıblar və idmançılara uğurlar arzulayıblar. Qonaqlara fəxri diplomlar təqdim edildikdən sonra, mərasim bədii hissə və nümunəvi çıxışlarla davam edib.

AKT-nin prezidenti Rənad Əliyev və vitse-prezident Gündüz Mahmudov çıxış edərək 6-18 yaşlı uşaq, yeniyetmə və gənclər arasında keçirilən “Caspian Open” turnirinə böyük maraq olduğunu, qarşıdakı dövrdə yarışa bir sıra yeni ölkələrin də cəlb ediləcəyini bildirib.

Yarışın yekun nəticəsinə görə, “Arpaçay”, “Qara Qaplan” və Fövqaladə Hallar Nazirliyinin(FHN) karate klubu fərqlənərək ilk üçlükdə yer alıb.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!