Azərbaycan Respublikası Atçılıq Federasiyasının və World Polonun təşkilatçılığı ilə Bakıda arena polo üzrə dünya kuboku yarışı başa çatıb.
Turnirin sonuncu günü әvvәlcә 3-cü yer uğrunda görüş keçirilib.
Meydana “Pasha Private Banking / Monte-Carlo Polo” və “Improtex Motors / Grand Champions Polo Club Palm Beach” komandaları çıxıblar. Qarşılaşma “İmprotex Motors” poloçularının 6-3 hesablı qәlәbәsi ilә başa çatıb.
Ardınca isə final oyunu keçirilib. “Azersun / Evviva Polo Club St Moritz” və “CBC Sport / Elite Horse & Polo Club Baku” kollektivlәri arasındakı görüş kifayәt qәdәr maraqlı vә hәyacanlı alınıb.
Azarkeşlәrin dәstәyi ilә daha inamlı oyun nümayiş etdirәn Azәrbaycan tәmsilçisi 11-5 hesabı ilә möhtәşәm qәlәbә qazanaraq Dünya kubokunu Polonun vәtәnindә saxlayıb.
Frame.az