Martın 3-də futbol üzrə İngiltərə kubokunun (FA) səkkizdəbir final mərhələsinin ən maraqlı qarşılaşması keçirilib.
Frame.az xəbər verir ki, “Stenford Bric” stadionunda oynanılan görüşdə “Çelsi” klubu “Liverpul” komandasını qəbul edib.
Görüş “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
London təmsilçisinin heyətində Vilyam və Ros Barkli fərqlənib. Bu qələbədən sonra “Çelsi” dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Mərhələnin püşkatma mərasimi martın 5-də keçiriləcək.