FutbolIdman

“Çelsi” klubu “Liverpul”u məğlub edərək dörddəbir finala yüksəlib

Martın 3-də futbol üzrə İngiltərə kubokunun (FA) səkkizdəbir final mərhələsinin ən maraqlı qarşılaşması keçirilib.

Frame.az xəbər verir ki, “Stenford Bric” stadionunda oynanılan görüşdə “Çelsi” klubu “Liverpul” komandasını qəbul edib.

Görüş “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

London təmsilçisinin heyətində Vilyam və Ros Barkli fərqlənib. Bu qələbədən sonra “Çelsi” dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Mərhələnin püşkatma mərasimi martın 5-də keçiriləcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!