Bizim AşpazLəzzətli BölümTəqdimat

17-ci Beynəlxalq Kulinariya Çempionatında Azərbaycan nümayəndə heyəti iştirak edib

24-29.12.2019 tarixdə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində keçirilən 17-ci Beynəlxalq Kulinariya Çempionatında Azərbaycan nümayəndə heyəti iştirak edib.

Türkiyənin WACS-da (Dünya Kulinariya Birliyi) təmsil edən TAŞFED-in (Türkiyə Aşçılar Federasiyası) təşkil etdiyi beynəlxalq çempionatda 46 ölkə var idi. Çempionatda WACS-ın prezidenti Tomas Quqler də iştirak edirdi.
Çempionat çərçivəsində beynəlxalq münsif kursları da keçirildi. Bu kurslarda dünyadan 19 nəfər mütəxəssis, o cümlədən AMKA-nın üzvləri usta aşpazlar Ağa Salamov və Ruslan Şıxıyev də iştirak etdilər. Hər ikisinin kurslarda iştirakı sponsorlar tərəfindən maliyyələşdirilmişdi. Lakin kursun keçirilməsində prosedur qaydaları pozulduğundan nəticələrin verilməsi təxirə salındı. Hazırda məsələ araşdırılır.

Çempionatda Azərbaycan həm münsiflər heyətində, həm də yarışlarda təmsil edildi.
Yarışda təcrübəli usta aşpaz Gülnar Ələsgərova quzu sinfində iştirak etdi və qızıl medal qazandı. Digərmütəxəssisimiz Nailə Kərimova xəmir xörəyi sinfində və restoran deserti sinfində çıxış etdi. İlk dəfə yarışa girməsinə baxmayaraq xəmir xörəyi sinfindən gümüş, restoran deserti sinfindən isə qızıl medal qazandı.
Qeyd etmək lazımdır ki, Nailə Kərimovanın treninqləri usta aşpaz Ağa Salamov (AMKA-nın üzvü və usta aşpaz) və Azərbaycan Aşpazlar Gildiyasından Anar Qasımov və İlkin Əkbərzadə tərəfindən keçirilmişdi.
Üçüncü iştirakçı 3-cü dərəcəli gənc aşpaz Qurbanəli Hüseynov bir sinifdə balıq xörəyi sinfində iştirak etdi və gümüş medal qazandı.

Beləliklə üç nəfərlik komandamız 4 sinif yarışdan 2 qızıl, 2 gümüş medal qazandı.

Göstərdiyi dəstəyə görə Azərbaycan Milli Kulinariya Mərkəzi
Azərbaycan Milli Kulinariya Assosiasiyası Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təşəkkür edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!