Çempionlar Liqasında II təsnifat mərhələsinin cütləri müəyyənləşdi
Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 11 oyunu keçirilib.
II raundun Çempionlar yolunda 9 cütlük artıq müəyyənləşib.
Bir gün əvvəl “Sileks” (Şimali Makedoniya) üzərində 4:0 hesablı qələbə qazanan Azərbaycan çempionu “Qarabağ”ın növbəti rəqibi Moldova təmsilçisi “Şerif olacaq.
Yalnız “Yanq Boyz”un (İsveçrə) II raunddakı rəqibi bəlli olmayıb. Çünki “Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) koronavirus pandemiyası səbəbindən avqustun 21-nə keçirilib.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Çempionlar yolu
ÇFR (Rumıniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Seltik” (Şotlandiya) – “Ferensvaroş” (Macarıstan)
“Suduva” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail)
“Legiya” (Polşa) – “Omoniya” (Kipr)
“Çelye” (Sloveniya) – “Molde” (Norveç)
“Lüdoqorets” (Bolqarıstan) – “Midtülland” (Danimarka)
“Dinamo” (Brest, Belarus) – “Sarayevo” (Bosniya və Herseqovina)
“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)
“Tirana” (Albaniya) – “Srvena Zvezda” (Serbiya)
“Yanq Boyz” (İsveçrə) – “Klaksvik” (Farer adaları)/“Slovan” (Slovakiya) cütünün qalibi
Liqa yolu
“Alkmaar” (Niderland) – “Viktoriya” (Çexiya)
PAOK (Yunanıstan) – “Beşiktaş” (Türkiyə)
“Lokomotiv” (Zaqreb, Xorvatiya) – “Rapid” (Vyana, Avstriya)
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları avqustun 25-26-da keçiriləcək.