CinemaEventsTəqdimat

“Ceyson Born” döyüş filmi eksklüziv olaraq sentyabrın 1-dən – Park Cinema İMAX-da!

Azərbaycanda ilk dəfə sentyabrın 1-dən eksklüziv olaraq yalnız Flame Towers-də yerləşən Park Cinema İMAX kinoteatrında rejissor Pol Qrinqrassın “Ceyson Born” adlı kəskinsüjetli döyüş filmi ekrana çıxır. Park Cinema kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyevin verdiyi məlumata görə, filmin Azərbaycanın digər kinoteatrlarında nümayişi sentyabrın 8-dən başlanacaq.

“Azərbaycanın kino həvəskarlarına gerçəkliyə maksimal dərəcədə yaxın görüntü və səsdən zövq almaq imkanı bəxş edən Flame Towers-də yerləşən Park Cinema İMAX kinoteatrı “Ceyson Born” filmini tamaşıçıların mühakiməsinə artıq senytabrın 1-dən etibarən təqdim edəcək. Əminəm ki, Park Cinema İMAX-dakı eksklüziv nümayiş kinomanların böyük marağına səbəb olacaq”, – deyə Namiq Quliyev bildirib.

Park Cinema kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev qeyd edib ki, “Ceyson Born” “Born” seriyasından olan beşinci film olub “Bornun ultimatumu”nun sikvelidir. Filmin ssenarisini Pol Qrinqrass, Mett Deymon və Kristofer Raus yazıblar. Baş rollarda Mett Deymon, Culiya Staylz, Alisiya Vikander, Tommi Li Conson və Vensan Kassel çəkilib.

Ceyson Born “Blekbrayar” əməliyyatı iflasa uğradıqdan sonra MKİ-dən uzun müddət gizlənmək məcburiyyətində qalır. Lakin əvvəllər ona kömək göstərmiş Niki Parson MKİ-nin serverlərini qırıb məxfi əməliyyatlar üzrə məlumatları yüklədikdən sonra xüsusi xidmət orqanı əməkdaşları Yunanıstanda Ceyson Bornun izinə düşürlər. Born hadisələrin mərkəzində qalır, çünki sən demə, onun atası “Tredstoun”un əsasını qoyanlardan biri imiş və məhz buna görə xüsusi xidmət orqanları Ceyson hələ casus olmadan xeyli əvvəl onunla maraqlanmağa başlamışdılar. Born MKİ-nin sirr kimi qoruduğu həqiqəti öyrənmək üçün bütün xatirələrini bərpa etməlidir…

Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda şəbəkə beş kinoteatrla təmsil olunub. Bu, 13 zal və 2200-dən artıq oturacaq yeri olan Park Bulvar, Metropark və Amburan-dakı kinoteatrlar, 2015-ci ildə açılmış 4 zallı 600 yerlik Park Cinema Zaqulba və 6 ədəd 3D zallı 1000 yerlik Park Cinema Flame Towers kinoteatrlarıdır. Ümumilkdə şəbəkənin 5 meydançası, 23 ekranı və 3500 oturacaq yeri vardır. Park Cinema Flame Towers kinoteatrının zallarından biri İMAX texnologiyası ilə təchiz olunub – bu Zaqafqaziya regionunda belə formatlı ilk kinoteatrdır. Şəbəkənin bütün kinoteatrlarında kinoproyeksiya sahəsində dünyanın ən qabaqcıl brendlərinin avadanlığı quraşdırılıb.

Frame.az

1472793759_1

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!