Bizim AşpazDünya MətbəxiLəzzətli BölümMüsabiqələrTəqdimatƏn Son

“Chefs Cup” (Aşpazlar Kuboku) çempionatı üçün qeydiyyata start verildi

Hörmətli aşpazlar!
Milli mətbəxin və gastronomik turizmin inkişafı ilə maraqlanan bütün insanlar!
Sizi sevindirəcək xəbərimiz var!
Uzun zamandır gözlədiyiniz və Azərbaycanda ilk dəfə iri miqyaslı keçiriləcək ölkədaxili “Chefs Cup” (Aşpazlar Kuboku) çempionatı üçün qeydiyyat start verir.

Bakı Expo Mərkəzində keçirilən World Food Expo Azerbaijan 2019 sərgisi çərçivəsində 1000 m2 ərazidə keçiriləcək.

Yarışda iştirak Azərbaycanın bütün bölgələrindən olan və aşpazlıq sənətinin müxtəlif sahələrini təmsil edən komanda və fərdlərə öz işlərində yüksək peşəkarlıqlarını, istedadlarını və dünya miqyasında mehmanxana-restoran biznesinin tələblərilə ayaqlaşmaq arzusunu nümayiş etdirmək üçün fürsət yaradır.
Təcrübədə ilk dəfə olaraq bu cür yarışın təşkilatına beynəlxalq çempionatların təşkili və hakimliyi üzrə böyük təcrübəyə malik beynəlxalq mütəxəssislər cəlb edilmişdir.

Çempionatın təşkilatçısı olan Beynəlxalq Təşkilat Komitəsinə daxil olan iştirakçılar:

Corc Kostiç – Serbiya aşpazlar assosiasiyasının fəxri prezidenti, Serbiya
Nikolay Baratov – Beynəlxalq WACS hakimi, Rusiya
Mishel Lenz – Fransada tanınmış aşpaz, Mishelin ulduzu sahibi, Fransa
Don David – Rusiyada tanınmış restorator, aşpaz, Rusiya
Maxaç Vaqabov – Rusiyada ictimai mədəniyyət xadimi, tədbir təşkilatçısı, Rusiya
Robert Avişalom – Hakim, Steak Cookoff Assosiation, ABŞ
Mikail Zeynalov – Buta Kompleksinin direktoru, Azerbaijan
Eyvaz Hüseynov – Restorator, Azərbaycan
Orxan Muxtarov – Baş aşpaz, Azərbaycan
Fikrət Xəlilov – Restorator, Azərbaycan
Fərhad Aşurbəyli – Bloger, Azərbaycan

Çempionatın Hakim heyyəti tam olaraq xarici nümayəndələrdən ibarətdir. Burada Rusiya, Serbiya, Macarıstan və Fransa nümayəndələri iştirak edəcək.

Qeydiyyat və daha ətraflı məlumat üçün:
http://chefs.az/

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!