İsveçrə brendinin məşhur “Happy Hearts” kolleksiyasına yeni parlaq modellər əlavə edilib. Yeni buraxılış şərəfinə Bakıdakı Chopard butikində parti təşkil olunub. Partinin şıltaq atmosferi hər kəsi artıq girişdən cəlb edirdi. Ürək şəklində olan fənərlər zərgərlik kolleksiyasının rəngarəng çalarları ilə bərq vururdu. DJ-in təqdim etdiyi maraqlı musiqi və “xoşbəxt brilyantlar”ın parıltısı butikdə gözəl əhval-ruhiyyə yaradıb.

Brendin pərəstişkarları üçün tanış olan kolleksiya yeni boyalarda təqdim edilib. İndi ənənəvi şəbəkəli “Happy Hearts” zinət əşyaları ağ və ya çəhrayı qızıldan olan zəncirlərdə yerləşən bütöv firuzə, oniks və ya perlamutrdan “ürək”lərlə uyğunlaşır. Çalarların dolğunluğu hər kəsə bu zinət əşyalarını sevimli geyimlərlə uyğunlaşdırmağa imkan verir.

Axşamın heşteqləri #chopardbaku, #iamhappywithchopard #happydiamonds olub. Tədbirin iştirakçıları bütün axşam boyu selfi və parlaq foto-divarın fonunda şəkillər çəkdiriblər və onları Instagram-a yerləşdiriblər. Axşamın yekununda butikin direktoru Səbinə Şabanova və brendin regional meneceri Ksavyer Lasser tortlar üzərində ürək şəklində olan 40 şamı üfürüblər və “Happy Diamonds”un yubileyini qeyd ediblər.

Ad gününüz mübarək!

Chopard butiki
Ünvan: Zərifə Əliyeva küçəsi, 41, Tel:+994124930208
Rəsmi Distribyutor Italdizain Group

Frame.az