CinemaMədəniyyətTəqdimat

“CinemaPlus Azerbaijan” kinoteatrında əməkdaşlığa dair memorandum imzalanıb

“CinemaPlus Azerbaijan” kinoteatrında “Azərbaycan-2017 Heyluntzyan televiziya həftəsi”nin  təntənəli açılış mərasimi baş tutub.

Tədbir çərçivəsində Space Müstəqil televiziya kanalı və Heyluntzyan televiziyası arasında əməkdaşlığa dair memorandum imzalama mərasimi baş tutmuşdur.

Həmçinin Heyluntzyan televiziyası, Space Müstəqil televiziya kanalı və Avrasiya Televiziya və radio Akademiya arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanması baş tutmuşdur. Memorandumu Space telekanalının rəhbəri Vaqif Mustafayev, Heyluntzyan televiziya və radio yayımının direktor müavini Çjao Hunyan və Avrasiya televiziya və radio akademiyasının prezidenti Valeriy Ruzin imzalamışdılar.

Mərasimdə çıxış edən Space telekanalının rəhbəri, Avrasiya televiziya akademiyasının birinci vitse-prezidenti, Azərbaycanın xalq artisti Vaqif Mustafayev Azərbaycan və Çin arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Tədbirdə həmçinin Avrasiya Televiziya və radio Akademiyasının prezidenti Valeriy Ruzin, Heyluntzyan əyalətinin KPK partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdirinin birinci müavini Yan Dyantzyun, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Li Tzinsun, tədbirin fəxri qonağı Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral, İcra Hakimiyyəti nümayəndələri çıxış etmişdilər.

“Azərbaycan-2017 Heyluntzyan televiziya həftəsi”nin  təntənəli açılış mərasimindən sonra “Sağlamlıq aləminə səyahət” sənədli filminin təqdimatı baş tutmuşdur.

«CinemaPlus Azerbaijan» kinoteatrının fasadında yerləşən kafe “Jasmin Terrace” tədbirin təşkil olunmasında öz köməkliyini göstərmişdir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!