CinemaPlus-da “Dalgalar və izler” türk dramasının nümayişi başlayır
CinemaPlus kinoteatrlar şəbəkəsində 27 yanvardan “Dalgalar və izler” türk dramasının nümayişi başlayır.
Həyat yoldaşının ölümündən sonra Suna və qızı Fundanın həyat imtahanı başlayır. Sunanın bacısı və ya kobud anası onların yaralarını sağalda bilməz. O, əşyalarını sataraq sağ qalmağa çalışır. Dalğalar ana və qızın pis izlərini silməyə kifayət edəcəkmi?
“Dalgalar və izler” kimi olan filmlərə baxanda özünüzə sual verirsiniz ki, niyə bir-birinin ardınca həll olunmamış faciələri əks etdirən ağır dram filmləri çəkilir. Bu film qadınlara qarşı zorakılığa sosial diqqət cəlb etmək üçün çəkilib. Qısa müddətdə Sunaya ömürlük problemlər verilir. Film dəbdəbəli evdə zorakılıq səhnələri ilə başlayır. Kadrda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan Suna və onun qızıdır. Yoldaşını itirən qəhrəman qızı ilə birlikdə səyahətə çıxır. Filmdə yoldaşı niyə öldüyü kimi mövzular yoxdur…
Dalğalar və izlər Suna və qızı xoşbəxt olmaması üçün qarşısına daim maneələr qoyan bir labirintini xatırladır. Və bu labirint oyunu filmin sonunda göstərilir.
Filmin rejissoru Emre Kavuk. Baş rollarda Pelin Karahan, Cem Zeynel Kılıç və Meral Çetinkaya. Müddəti 120 dəqiqə. Yaş həddi 16+
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.