CinemaEventsTəqdimatƏyləncə

CinemaPlus-da “Maço kimi” komediyasının mətbuata nümayişi keçirilib

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Qazaxıstan istehsalı olunan “Maço kimi” romantik komediya filminin premyeradan öncə mətbuat nümayişi keçirilib.

Jurnalistlər gərgin iş günündən sonra çoxlu pozitiv emosiyalar aldılar.

Filmin rejissoru Bakıcan Ciyenallı.

Baş rollarda Dastan Orazbekov, Kamşat Joldıbayeva və Abunasır Serikov.

Müddəti 100 dəqiqə. Yaş həddi 14+

Film haqqında qısa məlumat: Stomatoloq Damir çoxdan gözlənilən təklif alır: ABŞ-ın nüfuzlu tibb mərkəzində iş. Ancaq anası onu seçim qarşısında qoyur – ya ailə qurub gələcək həyat yoldaşı ilə uçub gedir, ya da ölkədə qalır. Damir xəstəsindən öyrənir ki, müəyyən bir tanışlıq agentliyi var və orada pikap məşqçisi Ardak ona kömək etməyə hazırdır. O, belə çətin işin öhdəsindən gələcəkmi? Axı Damirin, cəmi 2 ay vaxtı var.

Tədbirin təşkilində “Etiler” restoranı, “Light in Black” kreativ şirkəti və Şeh Su dəstək göstəriblər.

Qeyd etmək istəyirik ki, “Maço kimi” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!